Barmaqları şaqqıldatmaq zərərlidirmi?-RƏY
Bölmə: Sosial › ,Tarix: 17:52 11.09.2024
Gün ərzində dəfələrlə təkrarlanan vərdişlərdən biri də barmaq şaqqıldatmaqdır. Çoxları bu vərdişin zərərsiz olduğunu düşünürlər.
Həqiqətən də barmaqları şaqqıldatmaq zərərlidir?
Bu barədə fizioterapevt Dr. Gülnar Əhmədli "informator.az"a danışıb :
"İstənilən oynağı əmələ gətirən sümüklərin arasında, yəni oynaq kisəsinin içərisində oynaq mayesi var. Həmçinin əldəki barmaqları əmələ gətirən falanqalar arasında da, kiçik oynaqların daxilində, oynaq mayesinin tərkibində azot qazları mövcuddur. Biz barmaqlarımızı şaqqıldadan zaman həmin azot qazlarında partlama müşahidə olunur və həmin səs bizə gəlir. Eyni zamanda özümüzdə rahatlama hiss edirik. Bunu yenidən təkrarlaya bilmirik. Ən azı 4-5 dəqiqə vaxt lazımdır ki, yenidən azot qazları yaransın. Bu barmaq şaqqıldatmağın prinsipidir. Amma barmaqları şaqqıldadarkən hansısa bir fəsadın yaranması haqqında tibbdə elmi sübut yoxdur. Sadəcə belə bir fərziyyə var ki, barmaqları əmələ gətirən kiçik sümükləri bir-birinə birləşdirən bağlarda zaman-zaman gücsüzləşmə meydana gələ bilər".
Lalə Qafarova