"COP29 zamanı bağçaların fəaliyyəti hər hansısa maneəyə yol açmır"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:20 11.09.2024

"Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, işləyən analar üçün bağçalar olduqca önəmlidir.

Bu barədə "İnformator.az"a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil eksperti Elmin Nuriyev bu fikirlərlə tam razı olduğunu söyləyib:

"Bağçaların kəmiyyət göstəriciləri o, qədər də, çox deyil. Məkan olaraq, çox bağçamız yoxdur. Ölkə üzrə ümumi 1825 bağça var. Bunun 1642-si dövlətdir, 133-ü özəldir. Özəl bağçaların fillialları da var. Elə bağça var ki, onun 5-6 fillialı var. Bu, statiskaya aid edilmir. Ümumi bağçaya gedən uşaqların sayı 126 minə qədər hesablanır. Bu, ölkə üzrədir. COP29 ərəfəsində bağçaların fəaliyyətdə qalması hər hansısa bir maneəyə yol açmır. Çalışan anaların stuasiyasını nəzərə alaraq bağçaların fəaliyyətinə tam razıyam. Valideynlər işlədikləri üçün məcburən uşaqlarını ya dayə xidmətinə və yaxud da ki, bağçaya qoyurlar. Müəyyən sosial durumu o, cümlədən narahatlığı nəzərə alaraq, hər kəs övladına dayə tuta bilmir. Dövlət bağçasına hər birimiz etibar edirik. Bağçaların distant təhsil imkanları olmadığına görə onların həmin zaman fəaliyyət göstərməsini doğru hal hesab edirəm".

Nigar Səmədli 



Bölmədən digər xəbərlər
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyəti seçilib
Bu gün Milli QHT Forumunun konfrans zalında İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib. Hibrid formatda keçirilən Ümumi Yığıncağa regionlarda fəaliyyət göstərən və səhəti ilə ilə əlaqədar bir sıra üzvlər onlyan qatılıblar.