Formula 1 yarışlarının ölkəmiz üçün hansı müsbət və mənfi cəhətləri var?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 14:18 24.09.2024

Formula 1 yarışları 2016-cı ildən etibarən Azərbaycanda keçirilir. Bu yarışların keçirilməsinin ölkəmiz üçün hansı müsbət və mənfi cəhətləri var?

Bu barədə "İnformator.az"a danışan turizm eskperti Ceyhun Aşurov bildirib ki, bu böyük yarışma kifayət qədər dünyada tanınır:

"Son bir neçə ildir ki, 2020-ci il xaric(Covid-19) digər müxtəlif illərdə keçirilir və  biletlə tam olaraq alınır. Müsbət tərəfləri iqtisadi faydası, gələn turistlərin ölkəni  tanıması və s.-dir. Azərbaycan turizm məkanı kimi 1 milyarddan çox auditoriyası olan bu böyük bir tədbirə sahiblik etməklə yanaşı eyni zamanda turizm məkanı kimi də gözəl bir şəkildə tanıtmaq imkanı əldə edir. Gələn azərkeşlər də canlı olaraq Azərbaycanı görürlər, həm yarışmaya baxırlar, həm də turizm məhsullarından yaxınna tanış olma imkanları qazanmış olurlar. Gələcəkdə bu öz təsirini göstərəcək. Çünki gələn qonaqlar öz təəssüratlarını qayıtdığı ölkələrdə yaxınları, tanışları ilə paylaşmış olurlar".

Ekspert yarışların mənfi cəhətlərindən bəhs edib:

"Şəhərdə sıxlıq olur və yarışma keçirildiyinə görə yollar bağlanır. Digər alternativ yollarda da ciddi sıxlıq olur və vətəndaşlar saatlarla yollarda zaman itirmiş olurlar. Amma nəzərə almaq lazımdır ki, bu qısa müddətlidir. Cəmi bir neçə gün davam edən bu yarışma eyni zamanda bizdən səbr diləyir ki, vətəndaş olaraq yarışmanın layiqincə keçirilməsinə dəstək olaq. Bu müddətdə xüsusən Bakıda müəyyən iş yerlərində gediş-gəlişlər də məhdudiyyətlər yaradır. Amma ümumi götürdük də geniş auditoriyası olan tədbirlərin tam təhlükəsiz formada  layiqincə ölkəmizdə keçirilməsi ölkəni təşkilatçılıq təcrübəsini ortaya qoyur".

Nərgiz Orucova