"Maneken xəstəliyi"

Bölmə: Sosial › ,
Tarix: 22:43 14.11.2024

Müasir dövrümüzdə insanların arzularından biri də arıq bədən quruluşuna sahib olmaqdır. Bunun üçün çoxları idman zallarına, dietoloqlara üz tuturlar. 

Bəzi insanlar kök olmaqdan, artıq çəki yığmaqdan qorxurlar. Bu qorxunun adı anoreksiya nervoza, yəni "maneken" xəstəliyidir.

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Samirə Bağırova bu xəstəliyin ,əsasən, yeniyetmə və gənc qızlar arasında rast gəldiyini bildirib:

 

"Bu xəstəlik ,əsasən, özgüvəni aşağı olan, özündə qüsur axtaran, kompleksli, özünədəyər hissi olmayan mükəmməlliyətçiliyə meyilli gənc qızlarda yarana bilir. Təbii ki, bu da böyük problemdir. İndiki əksər insanlarda bu problem özünü büruzə verir ".

 

Psixoloq anoreksiya nervozanın əlamətlərindən də danışıb:

 

"Bu xəstəliyin bir çox əlamətləri mövcuddur. Bunlar daha çox ciddi dietaya başlamaq, güzgüdə özünü kök görmək, ideal bədən quruluşuna sahib olmaq istəyi və s. Amma çəki artıqca bu istəyin daha da çoxalması, kökəlmə fobiyası, diyetadan əlavə arıqladıcı dərmanlara keçid, menustral pozuntu və digər problemlərə yol açır".

 

"Bu xəstəliyin əsas səbəbi tam məlum deyil. Amma rastlaşdığımız həyat hekayələrindən belə nəticə çıxara bilərik ki, bu xəstəlikdən əziyyət çəkən qızların sevdiyi insan tərəfindən məsxərəyə qoyulması buna səbəb ola bilər".

 

Psixoloq xəstəliyin müalicəsi üsullarını da qeyd edib:

 

"Xəstəliyin müalicəsi ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir. İlkin seçim olaraq antidepressant müalicəsi tövsiyə olunsa da, paralel psixoterapiya əvəzedilməzdir. 

Demək olar ki, psixitarik xəstəliklər içində ən çox ölüm ehtimalı olan məhz bu problemdir. Ölüm səbəbi əksər hallarda bədəndə azalmış elektrolitlər, orqanizmin həddən artıq susuzlaşması və ifrat aclığı olur",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Çinarə Tarverdiyeva