Human Rights Watch təşkilatı İsraili Qəzzada müharibə cinayəti sayılan köçkünlükdə ittiham edir!
Bölmə: Siyasət › ,Tarix: 22:04 14.11.2024
Təşkilatın yeni hesabatına görə, İsrail Qəzzada fələstinlilərin məcburi köçürülməsinə nəzarət edir.
Bəyanatda Human Rights Watch (HRW) İsrail qüvvələrinin Qəzzada “bufer zonaları” və təhlükəsizlik “dəhlizləri” yaratmaq məqsədi daşıyan qeyri-qanuni və “qəsdən, nəzarətli evlərin və mülki infrastrukturun sökülməsinə” istinad edib.
“İsrail fələstinlilərin evlərinə qayıtmasını təmin etmək öhdəliyini açıq şəkildə pozaraq, geniş ərazilərdə faktiki olaraq hər şeyi yerlə-yeksan edib”.
Hesabata cavab olaraq, İsrail ordusu beynəlxalq hüquqa sadiq olduğunu və mülki insanları döyüşlərdən qorumaq üçün təxliyə əmrləri verdiyini söylədi.
İsrail ordusu həmçinin “hərbi zərurətdən asılı olmayaraq mülki infrastruktura ziyan vurmağı hədəfləyən bir doktrina”nın olduğunu inkar edib və “beynəlxalq hüququn pozulması ilə bağlı hər hansı hesabat və şikayətlərin” daxili nəzarət orqanına göndərildiyini bildirib.
Mənbə: CNN
Fatimə Məmmədova