Kane 2026 Dünya Kubokundan sonra da davam etməyə həvəslidir
Bölmə: İdman › ,Tarix: 22:16 18.11.2024
İngiltərə yığmasının kapitanı Harry Kane, 2026 FİFA Dünya Kubokunun onun üçün son Beynəlxalq turnir olmayacağını deyib.
31 yaşlı futbolçunun gələcəyi hələ də qeyri-müəyyəndir. O, İngiltərə millisi üçün rekordunu 69 qola çatdıraraq tarixə düşüb və bazar günü İrlandiya Respublikasına qarşı 5-0 hesablı qələbədə ilk qolu vurub.
Buna baxmayaraq, İngiltərənin müvəqqəti baş məşqçisi Lee Carsley, cümə axşamı Yunanıstana qarşı 3-0 hesabı ilə qazanılan oyunda Kane-i ehtiyyatda saxlayıb. Üstəlik, Kane-in Euro 2024-dəki çıxışları da tənqidlərə məruz qalıb.
Ancaq ABŞ, Kanada və Meksikada keçiriləcək növbəti Dünya Kubokunun İngiltərə ilə qələbə qazanmaq üçün son şansı olub-olmayacağı barədə sual verilərkən, Bayern Münhen hücumçusu PA-ya bildirib:
“Mən belə düşünmürəm. İnsanlar 30 yaşlarına çatanda karyeralarının sona çatdığını zənn edirlər, amma mən hazırda karyeramın ən yüksək səviyyəsində çıxış edirəm və özümü heç vaxt olmadığım qədər yaxşı hiss edirəm. Bu anların dadını çıxarmaq vacibdir".
Mənbə:BBC Sport
Aytac Mustafayeva