“Qadınların İdman jurnalistikasında yeri: çətinliklər və qəlibləşmiş fikirlərin dəyişdirilməsi”
Bölmə: İdman › ,Tarix: 17:59 20.11.2024
İdman jurnalistikası, xüsusilə də futbol sahəsi, uzun illər kişi dominantlı bir sahə kimi qəbul olunub. Azərbaycanda qadın jurnalistlərin idman sahəsindəki fəaliyyəti isə həm maraqlı, həm də müəyyən çətinliklərlə doludur.
Azərbaycanda qadın idman jurnalistlərinin qarşılaşdığı çətinliklər hansılardır?
Məsələ ilə bağlı futbol üzrə ekspert Aslan Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, bizdə çox az qadın jurnalistlərimiz var ki, o cəhdi edirlər:
"Maraqlı bir mövzudur. Futbol haqqında danışası olsaq, futbol jurnalisti yəni bu qadın olur, kişi olur fərq eləmir. Əslində kişilər dominantlıq eləsələr də, kişi jurnalistlərimiz də hamısı idealdır deyə bilmərik. Yəni onların da içində belə deyək, keyfiyyətcə aşağı olanlar var. Amma ümumilikdə götürəsi olsaq kifayət qədər yaxşı da jurnalistlərimiz var. Qadınlar bu sahədə niyə bir az geridə qalırlar?
Bu sahə ikitərəfli bir məsələdir. Yəni ümumilikdə qadın və kişi məsələsi elə bir şeydir ki, bu bütün dünyada belədir. Yəni onsuz da artıq Avropada qadınların hüququ ilə bağlı bir neçə addımlar atılıb və baxası olsaz artıq ulduz komandaların, yəni top səviyyədə olan komandaların heyyətində qadın fizioteropevtlər say çoxluğu təşkil eləyir. Yəni istənilən bir klubun heyyətinə baxası olsaz görəcəksiniz ki, orda işçi olaraq qadınlardır. Bu o demək deyil ki, İspaniyada, Almaniyada kişi fizioteropevtlər yoxdur. Sadəcə olaraq, ölkə olaraq qadınlarla kişilərin hüquqlarını bərabərləşdirmək adına bəzi pozisiyalara oturuşmuş bir fikir var idi ki, futbolda yalnız kişi işləməlidir. Həmin o pozisiyalara artıq qadınları da cəlb edirlər. Bu baxımdan bizdə də, bilmirəm nə vaxt keçəcəyik klub olaraq bu addıma amma bir nöqtədə artıq keçməliyik. Digər tərəfdən isə buna keçməkdən ötürü Avropada təbii ki, həmin o qadınlar kişilərlə yanaşı bu rəqabətdə artıq iştirak edirlər. Bizdə isə çox az jurnalist qadın var ki, bu cəhdi edirlər. Yəni cəhd də dediyim nədir, tutaq ki, indi fizioteropevtlərdən idman jurnalistikasına keçəsi olsaq, idman, futbol baxımından bu sahədə yalnız “Oyun haqqında fikirləriniz?” sualını vermək kifayət eləmir".
Ekspertin sözlərinə görə, bu məsələnin dərinliklərinə girmək, məşqçilərlə söhbətdə bəzi məqamlara toxunmaq lazımdır:
" Yəni problem olan istiqamətdə sualların olması çox vacibdir. Bu cür sualları verməkdən də ötrü maariflənmək lazımdır ki, gərək bir məşqçi ilə söhbət edərkən onun zəif nöqtələrini, oyunda hansı suallar vermək lazım olduğunu bilməkdən ötrü onlar da məlumatlı oldunlar. Çünki, özünü sübut eləməlisən ki, daha sonra bu rəqabətdə iştirak edə biləsən. Düşünürəm ki, belə deyək də, qadın jurnalistlərin üzərinə də düşən bəzi məsuliyyətlər var. Bu çərçivələri yırtmaq adına gərək onlar da öz sahələrində ən azından futbol jurnalistikası sahəsində çox bilikli və təcrübəli olmalıdırlar. Yəqin ki, buna zaman lazım gələcək. Yavaş-yavaş artıq cəlb olunurlar. Amma onların gələcəkdə olmasının səbəbləri indiki gördükləri işlə çox əlaqəlidir. Yəni mən ümid edirəm ki, müasir dövrdə bir neçə ildən sonra kifayət qədər qadın jurnalist olacaq".
Aytac Mustafayeva