Bentancur, Son və Futbolda Cənub-Şərqi Asiyalılara qarşı irqçiliyin artması

Bölmə: İdman › ,
Tarix: 18:36 20.11.2024

Tottenhamın futbolçusu Rodrigo Bentancura, komanda yoldaşı Son Heung-minə qarşı irqçi ifadə işlətməsinə görə verilən yeddi oyunluq cəza, Şərqi və Cənub-Şərqi Asiyalı (ESEA) oyunçulara və azarkeşlərə qarşı irqçiliyin artan halları ilə bağlı müzakirələri yenidən başlatdı.

 

Anti-irqiçiliyə qarşı mübarizə aparan Kick It Out (KIO) xeyriyyə təşkilatının məlumatına görə, Şərqi və Cənub-Şərqi Asiyalı oyunçulara qarşı irqçilik hallarında və bu hallar barədə verilən məlumatlarda artım müşahidə olunub.

 

2023-2024 mövsümündə KIO-ya 395 “oyunçu hədəfli” irqçi təhqir barədə şikayət daxil olub, bu da 2022-2023 mövsümündəki 277 şikayətdən daha çoxdur. Həmin şikayətlərin 55%-i isə Şərqi Asiya mənşəli oyunçulara qarşı olub. Son beş mövsümdə KIO-ya daxil olan 937 oyunçuya qarşı irqçi təhqir barədə şikayətlərin 327-si (35%) yalnız yeddi Şərqi və Cənub-Şərqi Asiyalı oyunçuya qarşı olub.

 

Kick It Out təşkilatının nümayəndəsi bildirib: “Bu cür irqçilik hallarına dair çoxlu şikayətlər alırıq. Bu, azarkeşlərin bizə açıq mesajıdır ki, onlar diskriminasiyanı qəbul etmirlər və futbolun bu mesajı dinləməsi vacibdir”.

 

Son beş mövsümdə hədəf alınan oyunçuların adları Kick It Out tərəfindən açıqlanmayıb.

 

Premyer Liqada ən tanınmış Şərqi və Cənub-Şərqi Asiyalı oyunçular Tottenhamın Son Heung-mini, Cənubi Koreyalı Hwang Hee-chanı, Yaponiyalı Kauro Mitomayı (Brighton), Takehiro Tomiyasuni (Arsenal), Daichi Kamadayı (Crystal Palace) və Yukinari Sugawaranı (Southampton) təşkil edir. Oktyabr ayında Como klubunun futbolçusu Marco Curto, iyul ayında keçirilən hazırlıq oyununda Cənubi Koreyalı Hwang-a qarşı irqçi təhqirə görə Fifa tərəfindən 10 oyunluq cəzaya məruz qalmışdı, bunun 5-i şərti idi.

 

Mənbə:BBC Sport

Aytac Mustafayeva