Tottenham Heung-min Son ilə yolları ayıracaqmı? Klub qərarını verdi..

Tarix: 23:30 22.11.2024
Tottenham,Galatasarayın gündəmində olan Heung-min Son ilə bağlı qərarını verib.
Sky DE-də yer alan xəbərə görə, İngiltərə klubu, Heung-min Son-un mövsüm sonunda komandadan ayrılmayacağından əmindir.
Xəbərdə qeyd edilir ki, Tottenham mövsümün sonunda müqaviləsi bitəcək 32 yaşlı futbolçunun kontraktında olan 1 illik uzatma opsiyasını aktivləşdirəcək.
Digər tərəfdən, Heung-min Son-un da karyerasına İngiltərə nəhəngində davam etməyə müsbət yanaşdığı bildirilib.
Cənubi Koreyalı futbolçu Tottenham forması ilə ümumilikdə 419 oyuna çıxıb, 165 qol vurub və 87 məhsuldar ötürmə edib.
Mənbə: beinsports
Aytac Mustafayeva