"Çelsi" səfərdə "Lester Siti"yə qalib gəldi!

Tarix: 20:37 23.11.2024
Premyer Liqanın 12-ci həftəsində "Çelsi" səfərdə "Lester Siti"yə 2:1 hesabı ilə qalib gəlib.
"Çelsi"nin qollarını 15-ci dəqiqədə Nikolas Cekson və 75-ci dəqiqədə Enzo Fernandes vurub. "Lester Siti"nin qolunu 90+6-cı dəqiqədə Cordan Ayyu penaltidən vurub.
Bu nəticədən sonra "Çelsi" xallarını 22-yə yüksəldib. “Lester Siti” 10 xalda qalıb.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli