Valideynlərin imtahanlar zamanı  uşaqlara təzyiqləri nələrə səbəb olur?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:03 26.11.2024

Valideynlərin şagirdlərə imtahanlarla bağlı təzyiq göstərməsi, bir çox hallarda onların gələcək uğurlarına dair yüksək gözləntiləri və narahatlıqlarından qaynaqlanır. Lakin bu cür təzyiqin şagirdlərə mənfi təsir göstərməsi mümkündür. İmtahanlar yalnız bilik və bacarıqları yoxlamağa yönəldilməlidir, həmçinin uşağın ruh halı və psixoloji vəziyyəti də diqqət mərkəzində olmalıdır.

Bəs, valideynlərin uşaqlarına imtahanla bağlı təzyiqləri nələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı "informator.az"a danışan psixoloq Elmir Əkbər  bildirib ki, valideynlərin psixoloji təzyiqi intaharlara gətirib çıxarar:

"Təzyiq müsbət nəticə vermir. Valideyn övladına hiss etdirməlidir ki, o övladını topladığı ballara görə,qəbul olduğu universitetin prestejinə görə yox sırf onun övladı olduğuna görə təmənnasız olaraq sevir. Bir sıra hallarda görürük ki, valideynlər kimlərləsə bəhsə girirlər. Bu çox pis nəticələrə gətirib çıxarır.
Çox savadlı bir abituriyent əgər psixoloji doğru hazırlıq keçməyibsə, o dəfələrlə daha az bal toplayacaq nəyin ki, psixoloji doğru hazırlığı olan, amma savadı az olan digər bir imtahan verən kəs".

Psixoloq imtahanlarla bağlı valideyn və şagirdlərə tövsiyələr verib:

"İstənilən imtahanın psixoloji sirləri var. Bu, imtahanın növündən, xarakterindən asılıdır. Eyni zamanda imtahan verən kəsin xarakterini, şəxsiyyət tipini, hansı fənlərdən imtahan verəcək onu nəzərə alaraq ona fərdi plan qurmaq lazımdır.
Əslində yüksək bal toplamağın dalınca qaçıb insanın həyat enerjisini tükəndirməkdə düzgün deyil. Dəfələrlə elmi araşdırmaların məqalələrini oxumuşam ki, çox yüksək nəticələrlə qəbul olan insanlar bəzən həyatda özlərinə bir yer tuta bilmirlər. Əziz valideynlər, siz övladlarınızı sevin və onlara hiss etdirin ki, onlar sizin üçün təmənnasız əziz və doğmadırlar".

Fidan Ağayeva