Lebedev Ermənistanın MDB-dən çıxmasını istisna edib

Tarix: 17:41 18.07.2025
Ermənistanın MDB-ni tərk etmək istəyi ilə bağlı heç bir siqnal olmayıb, belə bir variant istisna edilir.
"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bunu MDB-nin İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev bildirib.
"Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur - eyni şeyi Azərbaycan haqqında da demək istəyirəm", - deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verib. S.Lebedev vurğulayıb ki, Ermənistan MDB-nin müxtəlif iclaslarında iştirak etməyə davam edir: "Bu gün MDB İqtisadi Şurasının iclasında Ermənistanın səlahiyyətli nümayəndəsi var idi, məsələlərin mahiyyəti barədə danışdı, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malik idi".