HƏMAS və İsrail Qəzza zolağı ilə bağlı razılığa gəlib

Tarix: 17:43 18.07.2025
Fələstinin HƏMAS hərəkatı və İsrail ÇAXAL-ın bölmələrinin Qəzza zolağından çıxarılması ilə bağlı razılığa gəlib.
"İnformator.az" xəbər verir ki, bu barədə "El-Watan News" portalı məlumat yayıb.
Qeyd olunur ki, Qüds Qəzzanın cənub hissəsində yerləşən Moraq oxunu tərk etməyə razılaşdıqdan sonra HƏMAS və İsrail geri çəkilmə xəritələri ilə bağlı razılığa gəlib. Bundan əvvəl HƏMAS bildirmişdi ki, Qəzza zolağında atəşkəslə bağlı aparılan danışıqlar zamanı 10 girovu azad etməyə razılaşıb. İyulun 9-da Baş nazir Benyamin Netanyahu da İsrail və HƏMAS hakimiyyətinin razılığa gəlməyə yaxın olduğunu bəyan edib. İyulun 6-da Dohada Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad edilməsinə dair razılığın əldə olunmasına yönəlmiş danışıqlar prosesi bərpa edilib. Bundan əvvəl Tramp İsrailin Qəzzada müvəqqəti atəşkəslə bağlı razılığa gəldiyini bildirib.