Jeroen Zoetdən Qalatasaray matçı sözləri! "Özümü göstərmək istəyirəm"

Bölmə: İdman › ,
Tarix: 22:21 27.11.2024

"AZ Alkmaar"da çıxış edən Jeroen Zoet "Qalatasaray" matçından əvvəl danışıb.

 

Təcrübəli futbolçu Jeroen Zoet UEFA Avropa Liqasının 5-ci həftəsində "Qalatasaray"ı qəbul edəcək "AZ Alkmaar"la bağlı açıqlama verib.

 

Bunun onlar üçün yaxşı bir fürsət olacağını bildirən Zoet, "Hücum yönümlü oynayan komanda ilə qarşılaşacağıq. Bu, bizim üçün yaxşı fürsət olacaq. Yaxşı mövsüm keçiririk. Ümid edirəm ki, yaxşı matç olacaq".

 

Uzun müddətdir ki, Avropada oynamadığını bildirən Zoet, "Avropada oyun keçirməməyimizdən xeyli vaxt keçib. Gənc komandamız var. Təcrübəli oyunçular olaraq gənclərə məsləhət vermək istəyirik. Keçən matça baxsanız anlayacaqsınız ki, biz ən yüksək səviyyədə futbol oynayırıq".

 

Diqqətinin yalnız sabah keçiriləcək oyun olduğunu bildirən təcrübəli qolkiper sözlərini belə yekunlaşdırıb:

 

"Özümü belə matçlara hazırlamağa çalışıram. Hər sınaqdan keçmək istəyirəm. Bazar günü keçirilən görüşdə qalib gəldik. Yenə də qalib gəlmək istəyirəm. Yalnız sabahkı matçı düşünürəm. Özümü göstərmək istəyirəm".

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli