Kiyevin geri qaytarmaqdan imtina etdiyi 630 hərbi əsirin siyahısını dərc edilib
Bölmə: Dünya › ,Tarix: 22:53 02.12.2024
Rusiya İnsan Hüquqları Komissarı Tatyana Moskalkova, Kiyev rejiminin geri qaytarmaqdan imtina etdiyi 630 hərbi əsirin adlarını dərc edib və bu addımın vəziyyəti dəyişdirəcəyinə ümid etdiyini bildirib.
O, Telegram kanalında qeyd edib ki, bu hərbi əsirlər bir ildən artıqdır ki, Rusiyanın əsirliyindədir. Bu siyahını indi dərc edirəm və ümid edirəm ki, tezliklə mübadilə prosesi baş tutacaq.
O əlavə edib ki, Ukrayna Rusiya-Ukrayna hərbi əsir mübadiləsini davamlı olaraq gecikdirir, halbuki hər iki tərəfdən hərbçilərin ailələri yaxınlarının geri dönməsini gözləməyə davam edir.
Əvvəllər Rusiya ombudsmanı Ukraynanı hərbi əsirlərin mübadiləsi üzrə konstruktiv dialoqa qayıtmağa çağırıb, çünki bu proses Ukraynadakı bəzi siyasi gündəmlər səbəbilə çətinləşir.
Bundan sonra Ukraynanın Ali Radasının İnsan Hüquqları Komissarı Dmitri Lubineç federal ombudsmandan Rusiyanın mübadilə üçün hazır olduğu Ukraynalı hərbi əsirlərin siyahısını tələb edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini heç vaxt rədd etməyib və bu istiqamətdə ən yüksək peşəkarlıqla işini davam etdirir.
Mənbə: İtar-Tass
Zəhra Məmmədova