Texnologiyanın turizm sahəsində rolu-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:58 09.12.2024
Onlayn turizm platformaları, səyahət etmək istəyən şəxslərə müxtəlif xidmətlər təklif edən, internet üzərindən fəaliyyət göstərən vebsayt və mobil tətbiqlərdir. İnternetin və mobil tətbiqlərin turizm sektorundakı rolunun genişlənməsi son zamanlar aktiv məsələlərdən biridir.
Bəs, texnologiya turizm sahəsində hansı rola malikdir?
Mövzu ilə bağlı Turizm eksperti Ceyhun Aşurov "informator.az" a açıqlamasında deyib ki, müasir dövrümüzdə onlayn turizm platformaların sayının sürətli şəkildə artır:
"İnsanlar onlayn platformaları vasitəsilə öz səyahətlərini yaxından araşdırırlar. Onlayn olaraq qeydə alınmış rezervlərin sayı ildən- ilə artmaqdadır. Çoxsaylı keçirilmiş sorğular nəticəsində insanların öz səyahət planları haqqında ilkin məlumatlarının böyük hissəsini internet vasitəsilə aldıqları müəyyən edilib. Turizm sahəsində onlayn platformalardan istifadə insanların işlərini daha da asanlaşdırır. İnsanlar öz vaxtlarına uyğun olaraq səyahət zamanı seçim etmə şansları qazanırlar. Bu isə texnologiyanın üstünlüyü hesab olunur. İnternetin daha əlçatan olması gələcəkdə də onlayn satış platformalarından istifadəni genişləndirəcək və artıracaq".
Zaliyeva Məryəm