Meta şirkətinin Fələstinə senzura tətbiq etdiyi üzə çıxdı
Bölmə: Dünya › ,Tarix: 20:07 23.12.2024
ABŞ-li milyarder Mark Zukerberqin qurduğu Facebook-un, 7 oktyabr 2023-dən sonra Fələstinli xəbər təşkilatlarına senzura tətbiq etdiyi üzə çıxıb.
İsrailin Qəzzəyə hücumlarının başlanğıcından bu yana, Qəzzəyə xaricdən yalnız məhdud sayda jurnalistin daxil olmasına və daxil olanların isə İsrail ordusunun müşayiəti ilə nəzarətli çəkilişlər etməsinə icazə verilib. Qəzzədən daha çox xəbər əldə etmək istəyənlər üçün bu boşluğu sosial media doldurarkən, Fələstin mərkəzli fəaliyyət göstərən Fələstin TV, Vafa xəbər agentliyi və Fələstinli Al Watan News kimi xəbər təşkilatlarının Facebook səhifələri dünyanın hər yerində bir çox insan üçün həyati informasiya mənbəyi kimi önə çıxıb.
Fələstin mərkəzli 20 xəbər təşkilatının əlaqəsi araşdırılıb
BBC bu çərçivədə, 7 oktyabrda Həmasın İsrailə qarşı hücumlarından əvvəlki və sonrakı bir il ərzində Fələstin mərkəzli önəmli 20 xəbər təşkilatının Facebook səhifələrindəki əlaqəsini araşdırıb. Müharibə dövründə kütləvi əlaqənin artması gözlənildiyi halda, analiz zamanı Fələstin mərkəzli media təşkilatlarının Facebook hesablarında əlaqənin 7 oktyabr 2023-dən sonra 77% azaldığı görülüb.
İsrail mərkəzli xəbər təşkilatlarının əlaqələri artıb
Etkileşim nisbətlərindəki azalmanın səbəbini araşdıran BBC, İsrail mərkəzli xəbər təşkilatlarına baxdıqda isə tam əksi bir qrafik aşkar edib. Yediot Ahronot, Israel Hayom və Channel 13 kimi 20 İsrail xəbər təşkilatının Facebook səhifələrinin əlaqələrinin isə təxminən 37% artdığı ortaya çıxıb.
BBC əlavə olaraq, Sky News Arabia və Al Jazeera kimi önəmli 30 ərəb dilli xəbər mənbəsinin Facebook səhifələrində də eyni analizi həyata keçirib. Bu səhifələrdə isə əlaqəsində təxminən 100% artım müşahidə olunub.
Meta müəyyən səsləri qəsdən susdurduğu iddialarına etiraz edir
Facebook-un sahibi Meta, müəyyən səsləri qəsdən susdurduğu iddialarını "tamamilə səhv" adlandırıb.
Meta, Həmasın həm ABŞ, həm də Meta-nın öz siyasətləri çərçivəsində təhlükəli bir təşkilat olaraq tanındığını əsas gətirərək, bu qrupun "ifadə azadlığı hüququnu tarazlaşdırmaqda çətinlik çəkdiyini" açıqlayıb.
Mövzu ilə bağlı açıqlama verən Meta-nın sözçüsü, "Səhv etdiyimizi qəbul edirik, ancaq müəyyən bir səsi qəsdən susdurduğumuza dair hər hansı bir iddia tamamilə yanlışdır",- deyib.
Meta işçiləri: Fələstinlilərə qarşı siyasətlər daha aqressiv hala gətirilib
Meta-nın keçmiş və mövcud beş işçisi də şirkət siyasətlərinin Fələstinli istifadəçilər üzərində yaratdığı təsiri qiymətləndirərək, "Həmas hücumundan sonra ilk həftə ərzində kod dəyişdirildi və əsasən sistem Fələstinlilərə qarşı daha aqressiv hala gətirildi",- ifadəsini işlədib.
Şirkət daxilindəki mesajlarda bir mühəndisin "Fələstinli istifadəçilərə qarşı yeni bir qərəz yarana biləcəyindən" narahat olaraq sözügedən kod dəyişiklikləri ilə bağlı narahatlıqlarını dilə gətirdiyi də bildirilib.
Mənbə: Haberler
Aygün Babayeva