İsrail Suriyanı bombalayır və əraziyə əl qoyur

Bölmə: Dünya › ,
Tarix: 23:33 10.12.2024

Əsəd rejiminin çökməsi İsraildən sərt hərbi cavab doğurub. İsrail Suriyanın hərbi hədəflərinə hava hücumları həyata keçirib və 50 ildən sonra ilk dəfə olaraq həm demilitarizasiya olunmuş buffer zonasına, həm də onun xaricinə quru qoşunları göndərib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi axşamı keçirilən nadir bir mətbuat konfransında Bəşər Əsəd rejiminin çökməsini “yeni və dramatik bir fəsil” adlandırıb.

 

“Suriyanın rejiminin çökməsi, Həmas, Hizbullah və İrana vurduğumuz ağır zərbələrin birbaşa nəticəsidir,”- o deyib.

 

 

“Ox hələ tam yox olmayıb, amma vəd etdiyim kimi – Yaxın Şərqin simasını dəyişirik”.

 

İsrailli rəsmilər Əsədin çöküşünü sevinclə qarşılayıblar, çünki o, İranın yaxın müttəfiqi olaraq öz ölkəsini Livanda Hizbullaha yenidən təchizat marşrutu kimi istifadə etməyə icazə verirdi. Lakin eyni zamanda, İsrail rəsmiləri Suriyanı idarə edə biləcək radikal islamçıların gətirə biləcəyi nəticələrdən, xüsusən də İsrailin işğal etdiyi Colan Təpələri ilə sərhəd olduğuna görə, narahatdırlar.

 

Mənbə: CNN

Nuray Qurbanlı