Prezident Ərdoğan: Yeni ilə qədər 453 min ev tikəcəyik

Bölmə: Dünya › ,
Tarix: 19:38 06.02.2025

Prezident Rəcəb Tayyib Ərdoğan Adıyaman Gənclik və İdman Müdirliyi İdman Salonunda 6 Fevral Zəlzələləri Anma Proqramında çıxış edib.

 

 Ərdoğan, "Yeni ilə qədər cəmi 453 min, yəni yarım milyona yaxın ev tikəcəyik, evinə girməyən, iş yerinə çatmayan bir vətəndaşı belə buraxmayacağıq",- dedi.

Qəlbimizdə böyük yaralar yaradan 6 Fevral zəlzələsinin 2-ci ildönümündə siz qardaşlarımızla birlikdəyik. 6 fevral faciəsində itirdiyimiz 53 min 737 qardaşımızın hər birinə Allahdan rəhmət diləyirəm.

Fevralın 6-na keçən gecənin acısını ilk gün kimi qəlbimizdə hiss edir, millətimizin həmrəyliyi, dövlətimizin dəstəyi ilə zəlzələ bölgəmizi bərpa etməyin haqlı qürurunu yaşayırıq. Əsrin fəlakəti ölkəmizə bilavasitə 104 milyard dollar, dolayı yolla isə 150 milyard dollar ağır itkilərə səbəb oldu. Həm millət, həm dövlət olaraq bir an belə ümidimizi kəsmədik. Qəlbimizdəki odu söndürmək üçün gecə-gündüz, yorulmadan, səbirlə, əzmlə çalışdıq. Dövlətin harada olduğunu soruşanlara buradır deməklə sərt cavab verdik".

 

Mənbə: Haber global

Məryəm Zaliyeva