Alternativ terapiya metodları- mediatasiya və nəfəs texnikalarından istifadə
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/6305458_7.jpg)
Tarix: 22:51 06.02.2025
Bu gün alternativ terapiya metodlarından meditasiya və nəfəs texnikalarından geniş istifadə olunur. Bunların psixologiyanın sağalmasında müəyyən rolu var.
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Sibel Piriyeva danışıb.
O bildirib ki, psixika yunan sözü olub, "ruh" deməkdir. Fəlsəfədə isə bu sözün mənası "mənəvi" deməkdir:
"Bir çox psixoloji problem və pozuntularda biz terapiya metodlarının içərisinə meditasiya və nəfəs texnikalarını da əlavə edirik. Bunların müəyyən faydaları var. İlk olaraq deyə bilərik ki, insanın sanki öz ruhu ilə baş-başa qalması nəticəsində ruhunun sakitləşməsinə, ikinci isə bədəndə olan əzələ gərginliyinin rahatlamasına gətirib çıxarır.
Bu terapiya metodlarının tam elmi sübutu var. Göstərilir ki, təşviş, panikatak, stres, aqressiya və imtahan həyəcanında abituriyentlərin və insanların yoxladığı nəfəs texnikaları və meditasiyalar onların rahatlamasına kömək edir. Bundan sonra isə onlar hisslərinin maksimum deyil, normal və minimum dərəcədə mənfi hissləri hiss etdiklərini söyləyiblər".
Psixoloqun sözlərinə görə, alternativ terapiya metodları heç bir psixoterapiya CBT-ni, EMDR-ı, ART terapiyanı əvəz edə bilməz və dərmanı isə heç bir halda əvəz etmir:
" Bunlar köməkçi vasitə rolunu oynayır. Məsələn, deyək ki, siz arıqlamaq istəyirsiniz. Bu halda idman və pəhriz şərtdir. Lakin istəyirsinizsə, aparata qoşulub əzələ tonusu yaratmaq – bu, köməkçi vasitə sayılır. Eyni qaydada meditasiya və nəfəs texnikaları da köməkçi vasitələrdir".
Nigar Həsənzadə