İşğalçı İsrail ordusu 17 gündə İordan çayının qərb sahilində 174 fələstinlini həbs edib.

Bölmə: Dünya › ,
Tarix: 19:16 06.02.2025

İşğalçı İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı hücumlara başladığı 21 yanvardan bəri 174 fələstinlini həbs edib.

Fələstin Əsirlər Dərnəyindən verilən açıqlamada İsrail ordusunun İordan çayının qərb sahilində, xüsusilə Cenin və Tubas şəhərlərində basqınlarını davam etdirdiyi bildirilib.İsrailin hücumlarını gücləndirdiyi vaxtdan Cenin şəhərində və qaçqın düşərgəsində 120 fələstinli saxlanılıb.

Tubas şəhərində saxlanılan fələstinlilərin sayı 54-ə çatıb.İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin nəzarətə aldığı fələstinlilərin əksəriyyətinin döyülmə və pis rəftar kimi pozuntulara məruz qaldığı vurğulanıb.İsrail ordusunun 5-ci gün də Tamun qəsəbəsi və Əl-Fəriyə Qaçqınlar Düşərgəsinə qarşı hücumlarını davam etdirdiyi də bildirilib.Qəzzada atəşkəs elan edildikdən sonra 21 yanvarda İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri, qaçqın düşərgəsi və ətraf qəsəbələrə təşkil etdiyi hücumlarda 25 fələstinli həyatını itirib.

 

İsrail ordusu yanvarın 27-də Tulkərimə ,fevralın 2-də isə Tubasın Əl-Fariya qaçqın düşərgəsinə və Tamun şəhərinə hücumlarını genişləndirib.

 

İsrailin hücumları nəticəsində Tülkərimdə 4 nəfər həyatını itirib.Fələstin Səhiyyə Nazirliyi ilin əvvəlindən bəri İsrailin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda əksəriyyəti Cenin şəhərindən 10-u uşaq, qadın və qoca olmaqla 70 fələstinlinin öldürüldüyünü açıqlayıb.İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 905 fələstinli həyatını itirib, təxminən 7 min fələstinli yaralanıb, 14 min 300 fələstinli isə nəzarətə götürülüb.

 

Səkinəbəyim Cəfərova

TRT XƏBƏR