Şübhə və inamsızlıq arasında tarazlıq-Pedaqoq AÇIQLAYIR
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/2293131_5.jpg)
Tarix: 20:39 06.02.2025
"Hər şeyə inamsızlıq və şübhə ilə yanaşan insan skeptik insan adlanır".
Bu sözləri "informator.az"a açıqlamasında Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzinin direktoru, pedaqoq Aysel Rəsulzadə söyləyib. Pedaqoq skeptisizmin insanlarda psixoloji baxımdan necə formalaşdığından da bəhs edib:
"Skeptisizm çoxşaxəlidir, çünki onun idrak və fəaliyyətlə, insan psixologiyası ilə əlaqəsi var. Skeptisizm insanda inamsızlıq, şübhə, kinizm, qorxu, açıqlıq, maraq, aktivlik kimi keyfiyyətləri formalaşdırır. Skeptizm daha çox həyat təcrübəsinə dayanır. Çünki şübhə subyektiv təcrübədir, yəni kiçik bir təcrübədir. Şübhəsizliyə qalib gəlməyin ən təsirli yollarından biri öz baxışlarınızı və faydalarınızı aydın və inandırıcı şəkildə çatdırmaqdır. Ona görə də ideyanızın böyük şəklə necə uyğun gəldiyini və hədəf auditoriyanız üçün problemi necə həll edə biləcəyini, fürsət yarada biləcəyini və ya vəziyyəti yaxşılaşdıra biləcəyini göstərməlisiniz".
Fatimə Abdulrəhimli