Şimali Koreya hərbi vəziyyət cəhdi fonunda, Cənubi Koreyada “diktatura”nı pisləyir
Bölmə: Dünya › ,Tarix: 21:31 11.12.2024
Şimali Koreya, Cənubi Koreyadakı siyasi qarışıqlıqla bağlı susqunluğunu pozaraq, dövlət mediası vasitəsilə prezidentin xalq üzərində “diktatura qurduğu”nu ironiya olmadan təsvir edib.
Şimali Koreyanın dövlət KCNA xəbər agentliyinin çərşənbə günü yayımladığı şərh, rejimin keçən həftə Prezident Yun Suk Yölün “Şimali Koreya tərəfdarı, dövlət əleyhinə qüvvələr”i kökündən təmizləmək məqsədilə hərbi vəziyyət elan etmək cəhdindən sonra yaranan qarışıqlıqla bağlı ilk ictimai mövqeyi idi.
“Artıq ciddi idarəetmə və impiçment böhranı ilə üzləşmiş kukla Yun Suk Yöl gözlənilmədən hərbi vəziyyət elan etdi və faşist diktaturasının silahlarını xalqın üstünə çevirdi", - deyə KCNA bildirib.
Şimali Koreya, Cənubi Koreyanın çətin vəziyyətdə olan prezidentinin hərəkətini “dəli bir addım” olaraq xarakterizə edib və ölkəni “gangster dövləti” adlandırıb.
1948-ci ildən bəri Kim sülaləsinin üç nəslinin idarə etdiyi Şimali Koreya, dünyanın ən qəddar rejimlərindən biri kimi qəbul edilir. Ölkə əhalisindən hazırkı lider Kim Çen In-a tam sədaqət nümayiş etdirmələri tələb olunur, əks halda əmək düşərgələrinə həbs edilmə riski ilə üzləşirlər.
Mənbə: The Guardian
Nuray Qurbanlı