Gürcüstanda hökumət əleyhinə etirazlar davam edir
Bölmə: Dünya › ,Tarix: 13:15 12.12.2024
Paytaxt Tbilisidə minlərlə insan Aİ-yə üzvlük danışıqlarının dayandırılmasına etiraz edib. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edərkən jurnalistlərə qarşı zorakılıq edib.
Həbslərə, fəallara və müxalifət xadimlərinə qarşı fiziki hücumlara baxmayaraq, Gürcüstandakı etiraz aksiyalarının artıq 13-cü ayıdır.
Çərşənbə axşamı paytaxt Tbilisidə Gürcüstan parlamentinin binasının qarşısına toplaşan etirazçılar şüarlar səsləndirib və küçəni nəqliyyatın hərəkətinə bağlayıblar.
Hökumət əleyhinə nümayişlərə qarşı təzyiqlər gücləndikcə polis daha çox insanı saxlayır.
Oktyabrın 26-da Gürcüstanın Avropa İttifaqı (Aİ) abisiyalarına dair referendum kimi qiymətləndirilən mübahisəli seçkilərdə hakim ''Gürcü arzusu'' parlamentə nəzarəti saxlayıb.
Müxalifət və qərbyönümlü prezident Salome Zurabişvili hakim partiyanı qonşu Rusiyadan gələn yardıma dair səsverməni saxtalaşdırmaqda ittiham edib və parlamentin iclaslarını boykot edib.
''Gürcü arzusu'' nun Aİ-yə üzvlük danışıqlarını dayandırmaq barədə son qərarından sonra müxalifətin etirazları yeni vüsət alıb.
İndiyədək 300-dən çox etirazçı saxlanılıb, 100-dən çox insan isə yaralanıb.
Tbilisi 2022-ci ilin martında Rusiyanın Ukraynanı işğal etməsindən sonra Aİ-yə üzvlük üçün rəsmi müraciət etdi.
Etirazçılar tələbləri yerinə yetirilənə qədər bu haqsızlığa qarşı nümayişlərini davam etdirəcəklərini vurğulayırlar.
Mənbə: euronews
Aygün Babayeva