Bayden təxminən 1,500 nəfərə əfv elan etdi

Bölmə: Dünya › ,
Tarix: 16:46 12.12.2024

Prezident Co Bayden cümə axşamı  təxminən 1,500 nəfərin cəzasını yüngülləşdirdiyini və zorakı olmayan cinayətlərə görə məhkum edilən 39 nəfəri əfv etdiyini elan edib. Bu, Bayden administrasiyasının sona çatmasına bir neçə həftə qalmış prezident əfv səlahiyyətindən geniş istifadənin nümunəsidir.

 

Ağ Ev rəsmiləri cümə axşamı edilən bu addımı müasir tarixdə ən böyük birgünlük əfv aktı kimi qiymətləndirirlər. Vəzifəsini tərk etməzdən əvvəl daha çox əfv elan etmək üçün artan təzyiqlərlə üzləşən prezident, yaxın həftələrdə əlavə tədbirlərin də elan ediləcəyini vəd edib.

 

Cümə axşamı uzunmüddətli cəzaları yüngülləşdirilən təxminən 1,500 nəfər Covid-19 pandemiyası dövründə ev həbsi rejiminə yerləşdirilən və öz icmalarına yenidən inteqrasiya olmaq və islah olunma öhdəliklərini aydın şəkildə nümayiş etdirən şəxslərdir. Əfv olunan 39 nəfər isə zorakı olmayan cinayətlərə görə məhkum edilən və ölkəyə mənalı töhfələr verdiklərini sübut edən şəxslər hesab olunur.

 

Mənbə: CNN

Nuray Qurbanlı