Makron, Fransua Bayrunu Baş nazir təyin etdi
Bölmə: Dünya › ,Tarix: 19:45 13.12.2024
Fransa Prezidentliyi Emmanuel Makronun ötən həftə millət vəkillərinin devriltdiyi Mişel Barnyenin yerinə baş nazir təyin etmək üçün apardığı uzun müzakirələrdən sonra Fransua Bayrunu Baş nazir vəzifəsinə təyin etdiyini elan edib.
Elisey sarayından verilən açıqlamaya görə, “Prezident cənab Fransua Bayrunu Baş nazir vəzifəsinə təyin edib və ona hökumət qurmaq tapşırığı verib”.
MAKRON: “İSTEFAYA GETMƏYƏCƏM” DEMİŞDİ
Baş nazir Mişel Barnyenin hökuməti ötən həftə devrilmişdi. Hökumətin devrilməsindən sonra Makron açıqlama verərək “istefa verməyəcəyini və hökumət qurmaq üçün yeni baş nazir təyin edəcəyini” bildirmişdi.
FRANSUA BAYRU KİMDİR?
Fransua Bayru 25 may 1951-ci ildə Fransada anadan olub. Fransız siyasətçidir. 1993-1997-ci illərdə Milli Təhsil Naziri vəzifəsində çalışıb. 2007-ci ilə qədər Fransız Demokratiyası üçün Birlik (UDF) partiyasının sədri olub.
2002-ci il Fransa prezident seçkilərində 6,84% səs toplayıb. 2007-ci il prezident seçkilərinin birinci turunda isə 18,57% səslə üçüncü yeri tutub. Bu uğurdan sonra, 2007-ci ilin mayında UDF-dən ayrılaraq Demokratik Hərəkat adlı yeni bir partiya qurub.
2012-ci il prezident seçkilərində 9,13% səs toplayaraq beşinci olub və birinci turda mübarizəni dayandırıb. 2014-cü il bələdiyyə seçkilərində Pau şəhərinin meri seçilib. 1-ci Eduard Filip hökumətində Ədliyyə Naziri vəzifəsində çalışıb.
Mənbə: CNN türk
Nəzrin İsmayılova