ABŞ-ın özəl məktəblər qrupu tənqidlərdən sonra üzr istəyib

Bölmə: Dünya › ,
Tarix: 19:53 16.12.2024

Milli özəl məktəblər qrupu, bir neçə yəhudi təşkilatının antisemitik və İsrail əleyhinə qərəzli kimi tənqid etdiyi son müxtəliflik və inklüzivlik konfransında çıxış edənlərin şərhlərinə görə üzr istəyib.

 

"Rəngli İnsanlar Konfransı" kimi tanınan bu tədbir, ABŞ-ın ən nüfuzlu məktəbləri də daxil olmaqla, təxminən 1,700 özəl məktəbi birləşdirən Milli Müstəqil Məktəblər Assosiasiyası bu ayın əvvəlində Denverdə təşkil edib. Tədbir, təşkilatın tədrisdə bərabərlik və inklüzivliyə olan sadiqliyini təşviq etməyi qarşısına məqsəd qoymuşdu.

 

Anti-Böhtan Liqası da daxil olmaqla, dörd milli yəhudi təşkilatının liderləri açıq məktubda çıxış edənləri qınayıblar və onların şərhlərini "ekstremist, qərəzli anti-sionist və anti-İsrail ritorikası" adlandıraraq, tədbirdə iştirak edən yəhudi tələbələr və müəllimlər üçün "düşmən" bir mühit yaratmaqda ittiham ediblər.

 

Assosiasiya prezidentinə ünvanlanan məktubda bildirilib ki, konfransın çıxışçıları "İsrailin qurulmasını ‘irqçi’ bir təşəbbüs" kimi təqdim edib və İsraili soyqırım törətməkdə ittiham edib, antisemitizmi adi hala gətirən digər şərhlər və fəaliyyətlər nümayiş etdiriblər.

 

Mənbə: CNN

Nuray Qurbanlı