İqlim dəyişikliyi qasırğalara, tayfunlara və siklonlara necə təsir edir?
Bölmə: Dünya › ,Tarix: 22:22 17.12.2024
Qasırğalar isti tropik okean sularında inkişaf edən güclü tufanlardır. Dünyanın digər yerlərində onlar, siklonlar və ya tayfunlar kimi tanınırlar. Bu fırtınalara toplu olaraq "tropik siklonlar" deyilir.
Qasırğalar ən yüksək davamlı küləyin sürətinə görə təsnif edilə bilər. Böyük qasırğalar üçüncü və daha yuxarı kateqoriyaya aiddir, yəni ən azı 178 km/saat sürətə çatır. Qlobal miqyasda tropik siklonların tezliyi ötən əsrdə artmayıb və əslində onların sayı azala bilər. İqlim dəyişikliyinin ayrı-ayrı tropik siklonlara dəqiq təsirini qiymətləndirmək bu fırtına sistemlərinin mürəkkəbliyinə görə çətin ola bilər. Lakin artan temperatur bu fırtınalara bir neçə ölçülə bilən şəkildə təsir edir.
Birincisi, daha isti okean suları fırtınaların daha çox enerji yığa bilməsi və küləyin sürətinin yüksəlməsinə səbəb olur.
İkincisi, daha isti bir atmosfer daha çox nəm saxlaya bilər, bu da daha sıx yağışa səbəb olur.
Bir hesablamaya görə, iqlim dəyişikliyi 2017-ci ildə Harvi qasırğasının həddindən artıq yağıntı ehtimalını təxminən üç dəfə artırdı. Nəhayət, dəniz səviyyəsi ,əsasən əriyən buzlaqların və buz təbəqələrinin birləşməsi və isti suyun daha çox yer tutması səbəbindən yüksəlir. Yerli amillər də rol oynaya bilər. Bu o deməkdir ki, fırtına dalğaları artıq yüksəlmiş dəniz səviyyələrinin üstündə baş verir və sahil daşqını daha da pisləşdirir.
Mənbə: BBC News
Nərmin Həşimova