“Rusiya BMT-də Kirillova hücumu gündəmə gətirir”

Bölmə: Dünya › ,
Tarix: 22:48 17.12.2024

Rusiya, dekabrın 20-də keçirilməsi planlaşdırılan və özü təşəbbüs göstərərək çağırdığı BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə müdafiə rəhbəri İqor Kirillova qarşı terror hücumu məsələsini gündəmə gətirəcək. Bu barədə Rusiyanın BMT-dəki birinci daimi nümayəndə müavini Dmitri Polyanski məlumat verib:

 

"Biz, dekabrın 20-də Ukraynaya Qərb silahlarının tədarükü və onların Ukrayna böhranının sülh yolu ilə həllinə təsiri ilə bağlı həsr olunan BMT Təhlükəsizlik Şurasının iclasında, İqor Kirillova qarşı terror hücumu məsələsini mütləq qaldıracağıq. Bu cinayətə görə məsuliyyət daşıyanlar layiqli şəkildə cəzalandırılmalı və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qınanmalıdır".

 

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirirdi ki, Kiyev rejimi Rusiya Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillova qarşı terror hücumunun planlaşdırılmasında iştirakını etiraf edib.

 

Mənbə:ITAR TASS
Məmmədova Zəhra