"Mikroplastiklər sularımızı boğur"

Bölmə: Dünya › ,
Tarix: 16:29 18.12.2024

Mikroplastiklər hər yerdədir. Onlar Everest zirvəsində və dənizin ən dərin xəndəklərində yaşayan canlılarda aşkar edilib. Onlar həmçinin butulka suyunda, insan plasentasında və ana südündə mövcuddur.

 

Bu xırda plastik hissəciklər vəhşi təbiəti boğur, ekosistemləri pozur və insan sağlamlığına təhlükə yaradır və onları çıxarmaq olduqca çətindir.

 

Lakin Çində alimlər mümkün bir həll yolu tapıblar: kalamar sümükləri və pambıqdan hazırlanmış bioloji parçalana bilən süngər.

 

Wuhan Universitetindən olan bir tədqiqat qrupu, tullantı sulardakı çirkləndiriciləri aradan qaldırmaqda tanınan iki üzvi birləşmədən – kalamar sümüklərindən əldə edilən xitin və pambıqdan alınan sellüloz – istifadə edərək bioloji parçalana bilən süngər hazırlayıb.

 

Daha sonra onlar bu süngəri dörd fərqli su nümunəsində – suvarma suyu, gölməçə suyu, göl suyu və dəniz suyunda sınaqdan keçirdilər və onun mikroplastiklərin 99,9%-ə qədərini təmizlədiyini aşkar etdilər.

 

Mənbə: CNN

Nuray Qurbanlı