“Hazırda Suriyada qeyri-müəyyənlik mövcuddur”

Bölmə: Dünya › ,
Tarix: 21:02 18.12.2024

20 yanvar 2024-cü ildə ABŞ-da prezident vəzifəsini icra etməyə başlayacaq Donald Tramp, Florida ştatının Palm Beach şəhərində keçirdiyi mətbuat konfransında Suriya məsələsində Türkiyənin rolunu vurğulayıb. O qeyd edib ki, Türkiyə dəstəklədiyi müxalif qüvvələr vasitəsilə Suriya hökumətinə təsir göstərməkdə kilid rol oynayıb və nəticədə çox az insan itkisi ilə bir dəyişiklik həyata keçirilib.

 

Tramp həmçinin, Suriya hökumətinin 8 dekabr tarixində devrildiyini xatırladaraq, hazırda Suriyada qeyri-müəyyənliklərin olduğunu və Türkiyənin bu vəziyyətdə əsas oyunçu olacağını düşündüyünü bildirib. ABŞ-ın Suriyanın şərqində yerləşən hərbi qüvvələrinin gələcəkdəki taleyinə dair verilən suala cavabında, Tramp konkret fikir bildirməsə də, Türkiyə ordusunun gücünü vurğulayıb və prezident Rəcəb Tayyib Ərdoğanla olan yaxşı münasibətlərini qeyd edib.

 

Trampın bu açıqlamaları, Suriyada İŞİD-in məhv edilməsi məsələsində ABŞ və Türkiyə arasında davam edən müzakirələr fonunda səslənib.


Mənbə: BBC
Ləman Ağayeva