Kremlin sözçüsü açıqlama verib

Bölmə: Dünya › ,
Tarix: 22:12 18.12.2024

Kremlin sözçüsü Dmitri Peskov, Moskva şəhərində baş verən və Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandanı general-leytenant İqor Kirillovun və köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən partlayışla bağlı açıqlama verib. Peskov, bu hadisəni terror aktı kimi dəyərləndirərək, partlayışın Ukrayna hökuməti tərəfindən təşkil edildiyini iddia edib.

 

Peskov bildirib ki, bu terror aktının kim tərəfindən sifariş edildiyini və təşkil edildiyini bilirik. Bu, bir daha göstərir ki, Kiyev rəhbərliyi terror üsullarına əl atır.

 

Peskov əlavə edib ki, Rusiya hüquq-mühafizə orqanları hadisəni araşdırmağa davam edir və təhqiqatın aktiv şəkildə aparıldığını bildirib.

 

Mənbə: BBC
Ləman Ağayeva