Dövlət büdcəsi və vergilər
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:00 23.12.2024
İqtisadçı-ekspert Akif Nəsirli: "Dövlət büdcəsi ölkənin maliyyə siyasətinin əsasını təşkil edir, vergilər isə bu büdcənin əsas gəlir mənbəyidir"
Mövzu ilə bağlı ekspert "informator.az"a açıqlamasında bildirib ki, bəzi insanlar deyir ki, dövlət büdcəsindən biz Qarabağın tikilməsi üçün istifadə etməliyik, indiyə qədər bunun üçün 19.500000000 vəsait xərclənibdir, gələn il isə 25 00000000-ı keçəcəyi nəzərdə tutulub:
“Daha çox Qarabağın tikilməsinə özəl sektorun cəlb edilməsi daha məqsədəuyğundur. Hökumət burada infrastruktur yaratmalıdır, məsələn: qaz, su, işıq, yol , inzibati binalar, xəstəxanalar və s. bunları dövlət tikməlidir. Dövlət gedib orada kütləvi şəkildə tikintilər aparmamalıdır. Əgər dövlət istəyirsə ki, orada əhalini məskunlaşdırsın, məcburi köçkünləri öz vətənlərinə qayıtsın onlar hər bir tikilən evin dəyərini hesablayıb vətəndaşa versə daha yaxşı olar, korrupsiyanı aradan qaldıra bilər”.
"Dövlət büdcəsinin xərc və gəlirlərinin uyğunlaşdırılması üçün hesab edirəm ki, büdcənin formalaşması zamanı hökumətlə parlament arasında açıq məsləhətləşmələr olmalıdır, hər bir nazirlik, dövlət strukturu öz xərclərini parlament qarşısında əsaslandırılmalı və layihələri təqdim etməlidir”.
Azərbaycanda isə heç bir nazirlik parlamentdə öz xərclərini tələb etmirlər. Bunun birinci şəffaflığı isə xərc tələbi qoyulmalı və bunu əsaslandırmalıdırlar. Digər tərəfdən Azərbaycanda dövlət büdcəsindən ayrılan tikinti xərcləri ki var, həmin xərclərin azaldılmasını təklif edərdim. Bütün dünyada dövlətlərin ən çox korrupsiyaya uğrayan maddəsi dövlət vəsaitinin qoyuluşu hissəsidir:
"Ona görə də Azərbaycan dövlət büdcəsi bu cür tədbirlər nəticəsində təxminən 20-25 % azaldıla bilər və bu azalma da indiki dövlət büdcəsinin enməsini şərtləndirə bilər, yəni korrupsiyaya uğradılan xərclərdən biz azad olmalıyıq",-deyə o, fikirini yekunlaşdırıb.
Aydan Quliyeva