Roma Trevi çeşməsində bərpadan sonra qaydalar tətbiq ediləcək

Bölmə: Dünya › ,
Tarix: 21:01 23.12.2024

Dünyaca məşhur Trevi çeşməsi üç aylıq bərpadan sonra yenidən açılıb.

 

18-ci əsrdə İtalyan memar Nikola Salvinin Poli Sarayının fasadında tikdiyi tarixi çeşmə şəhərin ən çox ziyarət edilən yerlərindən biridir.

 

Hər gün Trevi çeşməsinə 10.000-12.000 turist baş çəkirdi, lakin indi bu görməli yerin yaxınlığında böyük izdihamın qarşısını almaq üçün yeni növbə sistemi qurulub.

 

Bazar günü Roma meri Roberto Gualtieri bildirib ki, qoyulan məhdudiyyət "hamıya çeşmədən daha yaxşı, izdihamsız və qarışıqsız şəkildə həzz almağa imkan verəcək".

 

Gualtieri həmçinin bildirib ki, şəhər hakimiyyəti çeşmənin baxımını maliyyələşdirmək üçün mülayim bir giriş haqqı tətbiq etməyi nəzərdən keçirir.

 

Bazar günü baş tutan yenidən açılış yüngül yağış altında, yüzlərlə turistin iştirakı ilə keçirilib. Onların bir çoxu merin ardınca çeşməyə sikkə atıb.

 

Üç aylıq təmizlik layihəsi zamanı kif və kalsium yataqları təmizlənib.

 

Çeşmə və şəhərin digər əsas görməli yerləri Roma Katolik Kilsəsinin Milad ərəfəsində başlayacaq yubileyi ərəfəsində təmizlənib.

 

Mənbə: Bbc news 

Nuray Qurbanlı