İsrail, Yəməndəki husilərə qarşı əməliyyata başlayır
Bölmə: Dünya › ,Tarix: 20:32 24.12.2024
İsrail Baş naziri Benyamin Netanyahu, Yəməndəki İran dəstəkli husilərə qarşı şiddətli bir əməliyyat başladacaqlarını elan edib.
Netanyahu, İsrail Təhlükəsizlik Kabinetinin ölkənin şimalında yerləşən Safed şəhərində keçirilən iclasından sonra yayımladığı videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.
Netanyahu, Yəməndə husilərə qarşı "şiddətli bir əməliyyat" başlatacaqlarını bildirərək, "İranın bölgədəki vəkil qüvvələrinə qarşı necə hərəkət etdiksə, husilərə qarşı da eyni şəkildə hərəkət edəcəyik",- deyə qeyd edib.
"DÜNYA DÜZƏNİ ÜÇÜN BÖYÜK TƏHLÜKƏ"
Benyamin Netanyahu, "ABŞ və bizim kimi digər ölkələr də husiləri yalnız beynəlxalq dəniz daşımaları üçün deyil, həm də dünya düzəni üçün bir təhlükə olaraq görür" ifadəsini işlədib.
İSRAİL HƏDƏFLƏRİ BALİSTİK RAKETLƏRLƏ VURULDU
Yəməndəki İran dəstəkli husilər, 19 dekabrda İsrailin Yafa şəhərindəki iki hərbi hədəfin "Fələstin 2" tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb.
DÖYÜŞ TƏYYARƏLƏRİ İLƏ CAVAB
İsrail ordu radiosu, husilərin Yafaya raket hücumundan sonra İsrail ordusunun Yəməndəki 5 hədəfə 14 döyüş təyyarəsi ilə çoxsaylı bombalı hücum həyata keçirdiyini bildirib. İsrail ordusunun verdiyi açıqlamada isə husilərin təşkil etdiyi hücum zamanı Tel-Əviv yaxınlığındakı Ramat Qan şəhərində yerləşən bir məktəbin zərər gördüyü qeyd olunub.
Mənbə: Haberler
Aygün Babayeva