Suriyalıları qovmuruq, könüllülük prinsipi önəmlidir-Prezident Rəcəb Tayyib Ərdoğan
Bölmə: Dünya › ,Tarix: 20:40 24.12.2024
Prezident Rəcəb Tayyib Ərdoğan, D-8 Zirvəsindəki diplomatik görüşlərdə Suriya ilə bağlı mənfi yanaşma görmədiklərini vurğulayaraq, “Görüşlərimiz Suriya üçün gələcək, sülh prosesləri və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər,” ifadələrini işlədib.
Ərdoğan, Suriyanın yenidən ayağa qalxması üçün tətbiq olunan sanksiyaların aradan qaldırılmasına çağırış edib. Bir dövləti yenidən qurarkən ən mühüm addımlardan birinin konstitusiyanın formalaşdırılması olduğunu qeyd edən Prezident Ərdoğan, “Cənab Golani başda olmaqla yeni Suriya rəhbərliyində yer alan şəxslərlə əlaqələrə başlamışıq,” deyə bildirib. O, Xarici İşlər Naziri Hakan Fidanın Suriyaya gedəcəyini açıqlayaraq, “Yeni strukturu birgə quracaqlar,” deyib. Suriyalıların geri qayıdışı ilə bağlı “Getmək istəyirsənsə, könüllülük prinsipi əsasında get,” deyən Ərdoğan, “Siz bizim başımızın üstündə yeriniz var,” ifadəsini işlədib. Prezident, Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb. Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə Suriya məsələsinə dair aparacağı görüşlərin əhəmiyyətli olduğunu bildirib. Trampın “Suriyada olacaq hadisələrin açarı Türkiyədədir,” ifadəsinə cavab olaraq Ərdoğan, “Tramp da əslində vəziyyətin dəyərləndirilməsini apararaq ölkəmizin gücü və təsirini vurğulayır. Doğru sözə nə deyilər? Qiymətləndirmələr yerindədir,” deyib. Prezident, ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonra gündəmdəki məsələlərin səmimiyyətlə müzakirə olunacağını qeyd edib.
Mənbə: NTV
Ləman Ağayeva