Yəməndəki Husilər gecə yarısı yenidən İsraili vurdu

Bölmə: Dünya › ,
Tarix: 22:11 25.12.2024

Orta Şərqdə gərginlik getdikcə artır. Dünən İranın dəstəklədiyi Yəməndəki Husilər İsrailin mərkəzinə raket zərbələri endirərək Tel-Əvivdə sirenlərin səslənməsinə və milyonlarla İsrail vətəndaşının sığınacaqlara qaçmasına səbəb oldular. Bu hücum, Husilərin bir həftə ərzində İsrailə qarşı həyata keçirdiyi beşinci raket hücumu kimi qeydə alındı.

 


İsrail Müdafiə Qüvvələri dünən Husilər tərəfindən atılan bir raket səbəbilə ölkənin mərkəzi və cənub bölgələrində sirenlərin səsləndiyini açıqlayıb və raketin uğurla zərərsizləşdirildiyini bildirib. Keçən şənbə günü isə Yəməndən atılan bir ballistik raketin Tel-Əvivə düşməsi nəticəsində 18 nəfər yaralanıb.

 

Mənbə: Haberler
Ləman Ağayeva