Hakan Fidanı Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edib
Bölmə: Dünya › ,Tarix: 22:14 25.12.2024
Nazir Hakan Fidan, Əl Nəhyan ilə görüş keçirməklə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Əli Məhəmməd Haməd Əl-Şəmsi ilə də bir araya gəlib.
Görüş zamanı bölgədə sabitliyin təmin olunmasına yönəlik işlər barədə fikir mübadiləsi aparıldığı bildirilib. Suriyanın sabitliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə bağlı ümumi mövqenin təsdiqləndiyi görüşdə, Suriyanın təhlükəsiz, sabit və rifah içində bir ölkəyə çevrilməsi üçün atıla biləcək addımlar da müzakirə edilib.
Mənbə: NTV
Ləman Ağayeva