Husilərdən ABŞ-a tarixi təhdid
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202412/6261689_5.jpg)
Tarix: 14:12 26.12.2024
Yəməndə İranın dəstəklədiyi Husilərdən tarixi bir təhdid gəldi. ABŞ-ı Yəməni hədəf almamaları ilə bağlı xəbərdar edən Şura Üzvü Husi, "Orta Şərqdəki Amerika hədəflərinə heç bir qırmızı xətti gözləmədən hücum edəcəyik" ,- açıqlamasını verib.
Husilərin Yüksək Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi "X" hesabında yayımladığı videoda bu məsələ ilə bağlı açıqlama edib. Şura Üzvü Husi, "Amerikalıları Yəməni hədəf almamaları ilə bağlı xəbərdar edirik. Əks halda, Orta Şərqdəki Amerika maraqlarına (hədəflərinə) heç bir qırmızı xətti gözləmədən hücum edəcəyik", - deyib.
"HƏSSAS ABŞ HƏDƏFLƏRİNİ VURACAĞIQ"
Husi bildirib ki, "Ya İsrailin Qəzzaya və Yəmənə qarşı hücumları dayandırılacaq, ya da 'mesajımızı çatdıracaq' həssas Amerika hədəflərini vuracağıq".
QIRMIZI DƏNİZDƏKİ VƏZİYYƏT
Yəməndə İranın dəstəklədiyi Husilər, İsrailin Qəzzadakı hücumlarına etiraz olaraq 31 oktyabr 2023-cü ildən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə aid olduğunu bildirdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir.
SƏFƏRLƏR DAYANDIRILDI
Husilərin fəaliyyətlərindən sonra çox sayda gəmiçilik şirkəti Qırmızı dənizdəki səfərlərini dayandırmaq qərarı aldı. ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhdid edildiyi səbəbilə 18 dekabr 2023-cü ildə bir sıra ölkələrin iştirakı ilə Husilərə qarşı "Rifah Mühafizəçisi Əməliyyatı" adlı çoxmillətli "dəniz vəzifə qüvvəsi"nin yaradıldığını açıqladı. ABŞ və Böyük Britaniyanın Yəməndə nəzarət etdikləri bölgələrə hücumu ilə əlaqədar Husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını bəyan etdilər.
Mənbə: Haberler
Aygün Babayeva