“Xəzər Dənizi: Seysmik Aktivliyin Artan Təzahürləri və Təhlükənin Qiymətləndirilməsi”

Bölmə: Sosial › ,
Tarix: 22:23 26.12.2024

Bu gün Xəzərdə ardıcıl olaraq üç dəfə zəlzələ qeydə alınıb. Seysmoloqlar hadisəni izləyir və regiondakı təsirlər araşdırılır.

 

Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev “informator.az”a bildirib ki, Xəzər dənizi mürəkkəb tektonik bir regiondur və burada təhlükənin qiymətləndirilməsi mütləqdir:


“Bu bir dövrülük formasını daşıyır. 2024-cü il nəinki Azərbaycanda, bütün dünyada seysmik və tektonik aktivlik ili kimi səciyyələnəcək. Tez-tez hiss olunan zəlzələlər baş verəcək, bəzi ölkələrdə güclü zəlzələlər qeydə alınacaq. Bizim ərazimizə gəlincə, Xəzər dənizi mürəkkəb tektonik bir ərazidir. Burada müxtəlif miqyaslı qırılmalar, tektonik pozuntular, onların qovşaqları və mürəkkəb strukturlar mövcuddur. Xəzər dənizi seysmik ocaqlarla zəngindir. Təbii ki, Xəzər dənizində baş vermiş bu dəfəki ardıcıl zəlzələlər seysmik-tektonik aktivliyin təzahürüdür. Təhlükənin qiymətləndirilməsi bu ərazidə mütləqdir. Bakı şəhəri və Abşeron yarımadası üçün Xəzər dənizinin seysmik ocaqları müəyyən seysmik təhlükə törədir. Bu aktivlik güclənə də bilər, orta səviyyədə qala da bilər, hər zaman təhlükənin qiymətləndirilməsi və yeni üsulların tətbiqi vacibdir”.


Ləman Ağayeva