Rusiyada mazut sızması-Fövqəladə vəziyyət rejimi

Bölmə: Dünya › ,
Tarix: 22:35 26.12.2024

Rusiya Prezidenti Vladimir Putin Kerç boğazında tanker qəzası nəticəsində baş verən mazut sızması səbəbindən federal səviyyədə fövqəladə vəziyyət rejimi elan edib.

 

Mövzu ilə bağlı 26 dekabr, cümə axşamı, Rusiya tərəfindən ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov məlumat verib. Onun sözlərinə görə, qəzanın nəticələrinin aradan qaldırılması üçün vəsait federal büdcədən ayrılacaq. Bundan əvvəl, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilib. Daha əvvəl, 17 dekabrdan etibarən, Anapa və Temryuk rayonlarında bələdiyyə səviyyəsində fövqəladə vəziyyət rejimi qüvvədə olub. 21 dekabrda isə neft məhsulları Krım sahillərinə çatdıqdan sonra Kerçdə də fövqəladə vəziyyət rejimi elan edildi.

 

Mənbə: DW ( Deutsche Welle )
Zəhra Məmmədova