ABŞ “Gürcü Arzusu” partiyasının qurucusu milyarderə sanksiya tətbiq edib

Bölmə: Dünya › ,
Tarix: 22:49 27.12.2024

ABŞ Gürcüstanın keçmiş baş naziri və “Gürcü Arzusu” partiyasının qurucusu milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İvanişvili və onun partiyası “Gürcüstanın Avro-Atlantik gələcəyini relsdən çıxarıb” və onu Rusiya qarşısında aciz qoyub.

 

İvanişvilli seçkili məmur olmasa da, 12 il hakimiyyətdə olan “Gürcü Arzusu”nun “fəxri sədri” kimi qələmə verilir.

Partiya saxtakarlıq iddiaları fonunda son seçkilərdə qalib gəldiyini bəyan etdi və sürətlə Aİ-yə üzvlük danışıqlarının dayandırıldığını elan etdi və geniş etirazlara səbəb oldu.

Müxalifət deputatları saxtakarlıq iddiası ilə yeni parlamenti boykot edirlər.

Yeni prezidentin - "Mançester Siti"nin keçmiş futbolçusu, "Gürcü Arzusu"nun müttəfiqi kimi görünən "Xalq Gücü" partiyasından olan Mixail Kavelaşvilinin inauqurasiya mərasimi iki günə planlaşdırılıb.

Amma qəti şəkildə avropapərəst olan, hakimiyyətdən gedən prezident Salome Zurabişvili bildirib ki, yeni seçkilər keçirilməyənə qədər istefa verməyəcək.

Blinkenin bəyanatında deyilir: “Biz İvanişvilinin rəhbərliyi altında “Gürcü arzusu”nun hərəkətlərini, o cümlədən Gürcüstan vətəndaşlarına, etirazçılara, media mənsublarına, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı davam edən və zorakılıqla repressiya edilməsini qətiyyətlə pisləyirik”.

Blinken “Gürcü Arzusu”nu Gürcüstan vətəndaşlarına, etirazçılara, jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı “davamlı və zorakılıqla repressiya etməkdə” ittiham edib və partiyanın hərəkətlərinin “əsas azadlıqların həyata keçirilməsini məhdudlaşdırdığını” bildirib.

 

Nəticə Gürcüstanı Gürcüstan ərazisinin 20%-dən çoxunu işğal altında saxlamaqda davam edən Rusiya qarşısında aciz qoyub.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İvanişvilini “Gürcü Arzusu”nun “fəxri sədri” adlandırıb.

 

Noyabr ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətinin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarına can atmayacağını deyib və bu davam edən etirazlara səbəb olub.

Çevik qüvvələr polisi atəşfəşanlıq və daş ataraq müqavimət göstərən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Böyük Britaniya daxili işlər naziri də daxil olmaqla, Gürcüstanın daha beş yüksək rütbəli məmuruna Avropayönlü etirazların yatırılmasındakı rollarına görə sanksiya tətbiq edib.

Keçən ay Avropa Parlamenti seçkiləri Gürcüstanda "pisləşən demokratik böhranın" son mərhələsi kimi xarakterizə edən qətnaməni dəstəklədi.

O, seçicilərin təhdid edilməsi, səslərin satın alınması və manipulyasiyası və müşahidəçilərin təqib edilməsi ilə bağlı xəbərlərdən xüsusi narahatlığını ifadə edib.

 

Mənbə: BBC News

Nərmin Həşimova