İsrail xəstəxananı zorla təxliyə edib və tibbi heyəti saxlayıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202412/3433434_8.jpg)
Tarix: 21:19 28.12.2024
Cümə günü İsrail hərbçiləri Qəzzanın şimalında fəaliyyət göstərən son böyük xəstəxana zorla təxliyə edib, bölgədəki İsrail hücumları nəticəsində onlarla insanın həlak olduğu bildirilib.
Qəzza səhiyyə rəsmilərinin şənbə günü verdiyi məlumata görə, tibbi heyət, o cümlədən Kamal Advan Xəstəxanasının direktoru da saxlanılıb.
Xəstəxananın direktoru Dr. Hussam Əbu Safiyyə, cümə günü xəstəxana ətrafını hədəfə alan İsrail hava hücumları nəticəsində təxminən 50 nəfərin həlak olduğunu ilk xəbər verənlərdən olub.
İsrail Müdafiə Qüvvələri (IDF) bölgədə əməliyyat apardıqlarını, xəstəxananı "Həmas terrorçularının dayaq nöqtəsi" kimi təsvir etdiklərini bildirib.
Cümə günü xəstəxanadakı xəstələr yaxınlıqdakı İndoneziya Xəstəxanasına köçürülüb. Lakin həkimlər bu xəstəxananın zədələndiyini və generator, su çatışmazlığı səbəbindən yararsız olduğunu bildiriblər.
Kamal Advan Xəstəxanasının tibb bacıları şöbəsinin rəhbəri Eid Sabah bildirib ki, hərbçilər cümə günü saat 07:00 radələrində xəstəxananın təxliyəsini əmr edib və xəstəxanaya xəstələri və heyəti həyətə çıxarmaq üçün təxminən 15 dəqiqə vaxt verilib.
Daha sonra İsrail əsgərləri xəstəxanaya daxil olaraq qalan xəstələri çıxarıblar.
IDF əməliyyata başlamazdan əvvəl mülki şəxslərin, xəstələrin və tibb heyətinin təhlükəsiz təxliyəsini "asanlaşdırdığını" bildirib.
Mənbə: BBC News
Nuray Qurbanlı