Antik Misirdə “Qara Ölüm”-3 min illik mumiyada vəba DNA-sı aşkar edilib!
Bölmə: Dünya › ,Tarix: 23:25 29.12.2024
Qara Ölüm kimi tanınan ən qədim epidemiya hadisələrindən biri Misirdən tapılan 3.290 illik bir mumiyanın DNA-sında aşkar edilib. Arxeoloqlar və genetiklər bu tapıntının indiyə qədər Avrasiya xaricində kəşf edilən ilk Qara Ölüm nümunəsi olduğunu bildiriblər. Yersinia pestis bakteriyasının səbəb olduğu bubonik vəba, 1346-1353-cü illər arasında 50 milyon insanın ölümünə səbəb olmuş və Orta Əsrlər Avropasında böyük dağıntılara yol açıb.
Əvvəlki tədqiqatlarda bubonik vəbanın Avropaya çatmazdan əvvəl Şimali Afrikadakı qədim imperiyalar boyunca ticarət yolları vasitəsilə yayıldığına dair ipucları tapılıb. Yeni kəşf vəbanın Qərbə necə yayıldığına dair yeni məlumatlar təqdim edir və Antik Misirdə vəbanın mövcudluğunu təsdiqləyir.
Bubonik vəba, ən geniş yayılmış vəba növü olub, əsasən bitlər vasitəsilə heyvanlardan insanlara keçir. Epidemiyalar adətən qəfil qızdırma, yorğunluq və limfa düyünlərində şişlik kimi simptomlarla başlayır. Bu tapıntılar tarixdə sənədləşdirilmiş üç böyük vəba epidemiyası arasında yer alır: 6-cı əsrdəki Justinian vəbası, Orta Əsrlərdəki Qara Ölüm və 19-cu əsrdə Çin və Monqolustanda baş vermiş vəba epidemiyası. Bu gün bubonik vəba antibiotiklərlə asanlıqla müalicə edilə bilir. Lakin keçmişdəki böyük epidemiyalar milyonlarla insanın ölümünə səbəb olub.
Son tədqiqatlar bu xəstəliyin tarixi təkamülünü və müxtəlif coğrafiyalarda yayılmasını anlamaq baxımından mühüm addım hesab edilir.
Mənbə: NTV