“Fenerbahçe” kubokda rəqibini darmadağın etdi
Bölmə: İdman › ,Tarix: 18:40 06.02.2025
“Fenerbahçe”, Ziraat Türkiyə Kubokunun B qrupunun 2-ci turunda evində 1-ci Liqa təmsilçisi “Erzurumspor” FK-ni 5:0 hesabı ilə məğlub edərək 2-də 2 etdi. Yeni transfer Taliscanın hesabı açdığı matçda son dövrlərin formda ulduzu En-Nesyri də iki dəfə fərqləndi.
“Fenerbahçe”, Ziraat Türkiyə Kubokunun B qrupunun 2-ci turunda Trendyol 1-ci Liqa təmsilçisi “Erzurumspor” FK-ni qəbul etdi.
Ülker Stadionunda keçirilən qarşılaşmada Fenerbahçe yeni transferi Anderson Taliscanın 33-cü dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə önə keçdi. Beləliklə, braziliyalı ulduz sarı-lacivərdli formada ilk qolunu qeyd etdi.
Talisca və Cenk Tosundan nostalji sevinc
Matçın ilk hissəsi Fenerbahçənin 1:0 üstünlüyü ilə başa çatdı.
Sarı-lacivərdlilər 50-ci dəqiqədə Cenk Tosunun penalti qolu ilə fərqi iki topa çatdırdı: 2-0
“Fenerbahçe”, Mert Hakan Yandaşın 78-ci dəqiqədə vurduğu möhtəşəm qolla hesabı 3-0 etdi. İkinci hissədə oyuna daxil olan faslı hücumçu Youssef En-Nesyri 81-ci dəqiqədə fərqlənərək fərqi dördə yüksəltdi: 4-0
89-cu dəqiqədə yenidən səhnəyə çıxan En-Nesyri, özünün ikinci, komandasının isə beşinci qolunu vurdu: 5-0
Mənbə: TRT Spor
Aytac Mustafayeva