Pezeşkiyanın "Nüvə silahı" açıqlaması!

Bölmə: Dünya › ,
Tarix: 18:37 06.02.2025

İran Prezidenti Məsud Pezeşkiyan, İranın kütləvi qırğın silahları istehsalına qarşı olduğunu bildirərək, "Nüvə silahı ardınca getmirik. İran İslam Respublikasının doktrinasında günahsız insanlara soyqırım tətbiq etmək qəbuledilməzdir",- dedi.

 

İran Prezidenti Məsud Pezeşkiyan, İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə Tehranda xarici ölkələrin diplomatik nümayəndələri ilə görüşdü.

 

Regional və beynəlxalq hadisələrə toxunan Pezeşkiyan, bölgə ölkələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, İranın müharibə axtarışında olmadığını bildirdi.

 

"DÜNYA SOYQIRIM QARŞISINDA SÜKUT EDİR"

 

İsrailin Qəzzədə 14 mindən çox qadın və uşağı soyqırıma məruz qoyduğunu bildirən Pezeşkiyan, "Günahsız mülki şəxslər qətlə yetirilərkən bölgənin problem yaradan dövləti kimi İran göstərilməyə çalışılır. Qətlə yetirilən uşaqların əynində hərbi forma var idi? Dünya bu soyqırım qarşısında bir neçə diplomatik söz deməkdən başqa susdu",- deyə qeyd etdi.

 

"İRANIN SİYASƏTİNDƏ NÜVƏ SİLAHINA YER YOXDUR"

 

Pezeşkiyan, "Müharibə bizim xeyrimizə deyil. Dini liderimizin fətvası ortadadır, ölkə daxilində bu məsələyə fərqli baxanlar olsa da, bizi nüvə silahı istehsal etmək seçiminə apara bilməz. İran İslam Respublikasının siyasətində nüvə silahına yer yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyi istədiyi zaman nüvə obyektlərimizi yoxlaya bilər. İstədikləri qədər yoxlasınlar, bizim heç zaman nüvə silahı istehsal etmək kimi bir proqramımız olmayıb",-dedi.

 

Mənbə: Haber7

Aygün Babayeva