“Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-nin siyasi elitası üçün prioritet olacaq”
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/3955299_).jpg)
Tarix: 18:31 06.02.2025
Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “informator.az” a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri ABŞ-nin yeni administrasiyası ilə əlaqə yaratmaq üçün ABŞ-yə səfər edib:
“Paşinyan, ABŞ-yə rəhbərlik edəcək yeni hakimiyyətlə münasibətləri normallaşdırmaq , onunla münasibətləri yaxşılaşdırmaq və onların dəstəyini qazanmaq istəyir. Bu, ilk addımda Ermənistan üçün uğursuz oldu. Nikol Paşinyanın müxtəlif vasitələrlə Ağ evdə Donald Trampla görüşmək istəyi rədd edildi. O, ABŞ-nin yeni prezidenti ilə görüşə nail ola bilmədi. Amma hər bir halda bütün bunlara rəğmən o ,yenə də niyyətlərindən əl çəkmək istəmədi. Sanki ll Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlara uyğun şəkildə sülh təşəbbüskarı kimi özünü göstərməyə çalışdı. ABŞ-nin bu prosesə dəstək verəcəyi ilə bağlı fikirlər də məhz buna hesablanıb. ABŞ-nin və ya digər tərəflərin prosesə cəlb edilməsi “nəticəsini” uzun illər ərzində şahidiyik. Yəni faktiki olaraq nəticəsiz idi. Amma bunlara rəğmən Azərbaycan yenə də prosesə səmimi, ədalətli, qərəzsiz yanaşan , tərəflərin dəstəyindən imtina etməyib. Azərbaycan həmişə bildirib ki, burada vasitəçiyə ehtiyac yoxdur. Əslində Azərbaycan Ermənistanla ikitərəfli qaydada sülh istiqamətində ciddi uğurlar əldə edə bilər. Azərbaycanın Ermənistanla 2023-cü ilin sonlarından, 2024-cü ilin ortalarına qədər bir sıra birgə addımlar atması, bəyanatların verilməsi, sülh sazişinin mətnin müzakirəsi mübadiləsinin aparılması, hərbiçilərin mübadiləsi həyata keçdi.
Azərbaycan-Ermənistan arasında 10 noyabr 2020-ci il tarixli bəyanatının tələblərinə uyğun olaraq Azərbaycana aid olan Qazaxın dörd qeyri-anklav kəndlərini Ermənistan Azərbaycanın nəzarətinə verdi. Yəni bütün bunları Azərbaycan digər tərəfin iştirakı olmadan ikitərəfli qaydada şərti sərhədlərdə görüşlər keçirərək əldə edib. Bu təcrübə göstərdi ki, Azərbaycanla Ermənistan arasında münaqişəyə tam son qoyub, sülhün əldə edilməsinin açarı nə Vaşinqotda, nə Parisdə, nə də Moskvadadır. Elə öz sərhədlərdə və ya regionda görüşlərin keçirilməsi prosesindən keçir. Amma Ermənistan hakimiyyəti yenə də siyasi və diplomatik şou fəaliyyəti ilə məşğuldurlar. Burada bu qədər uğurların əldə edilməsi, bu uğurlara ikitərəfli qaydada nail olunmasına rəğmən digər tərəflərin dəstəyindən dəm vururlar. Bu yolla vaxt uzadaraq, prosesin uzadılmasına və diqqətlərin yayılmasına çalışırlar. Çünki Azərbaycan Ermənistandan dəfələrlə təhlükəli, məkrli addımların şahidi olub. Bir tərəfdən Azərbaycanla danışıqlar aparıb, digər tərəfdən Azərbaycan ərazilərinə təcavüz, soyqırım törədib. Ona görə Azərbaycanın Ermənistana inanmamaq haqqı var.
Ermənistanın Baş naziri Nikol Paşinyan əgər , həqiqətən, sülhdən danışırsa, o , sülh istiqamətində addımlar atmalıdır. O, silahlanmadan , Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından , anti-Azərbaycan ritorikasından vaz keçməlidir. ATƏT-in Minsk qrupu kimi faktiki olaraq fəaliyyət göstərməyən o institutun ləğv olunması ilə bağlı müraciət etməlidir. Bütün bunları etməyən Ermənistan sürətli silahlanır, uzaq mənzilli hədəfləri vuran silahlar alır. Bu, saxtakarlıqdır”.
Politoloq Donald Tramp administrasiyasının Nikol Paşinyana münasibətindən də danışıb :
“Elə Donald Trampın görüşdən imtina etməsi Ermənistan dövlətinə münasibətin nümunəsidir. Digər tərəfdən isə Trampın seçki öncəsi , seçki dönəmində və seçkidən sonra verdiyi vədlərin reallaşacağı təqdirdə Ermənistanın şansı qalmır. Çünki Ermənistan rövanşist müharibəyə hazırlaşır. Keçmiş münaqişəni yenidən alovlandırmağa çalışır. Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirməyə cəhd edir. Trampın ABŞ-nin prezidenti kimi uğurlu biznesmen olması verdiyi vədlərə uyğun şəkildə münaqişələrə qarşı olacaq. Azərbaycanın siyasəti ilə Trampın siyasəti eynidir. Çünki Azərbaycan Ermənistanla münaqişəyə son qoymaq, münasibətləri normallaşdırmaq, sərhədləri müəyyənləşdirmək, nəqliyyat və iqtisadi kommunikasiyaları blokdan çıxarmaq və iqtisadi prosesləri inkişaf etdirmək , hətta Ermənistanın da bu proseslərdə iştirak etməsinə yan olduğunu bildirib. Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırmasını və bu yolla da ümumillikdə Orta dəhliz xəttinin istifadəyə verilməsinə yan olduğunu göstərib. Bu , ABŞ-nin prezidenti Trampın da həm vədlərinə, həm də siyasətinə uyğundur. Nikol Paşinyan gözlədiklərini əldə edə bilməyəcək. Tramp verdiyi vədlərə uyğun siyasətini davam etdirəcəksə, bu halda Ermənistanın deyil, Azərbaycanın istəkləri reallaşacaq”.
Kəmalə Vəliyeva