ABŞ-ni vuran fəlakətdə evinə dönmək istəyənlərə pis xəbər

Bölmə: Dünya › ,
Tarix: 16:02 17.01.2025

ABŞ-in Los-Anceles şəhərində davam edən meşə yanğınlarında ölənlərin sayı 27-yə yüksəldi. Rəsmilər həftə başında təhlükəli küləklərlə bağlı xəbərdarlıq edərək, bölgədən təxliyə olunanlara pis xəbər verdilər. Söndürülən ərazilərdə hələ də təhlükəli maddələrin mövcud olduğunu bildirən rəsmilər, bəzi şəxslərin evlərinə dönüşünün aylarla çəkə biləcəyini qeyd etdilər.

 

ABŞ-a kabusu yaşadan yanğınla bağlı yeni məlumatlar gəlməyə davam edir.

 

27 ÖLÜ, 26 İTİKİN

 

Rəsmilər Los-Anceles şəhərində baş verən meşə yanğınları səbəbindən 27 nəfərin həyatını itirdiyini açıqladı. 26 nəfərin itkin olaraq qeydə alındığı, 90 min nəfərin isə təxliyə xəbərdarlığı altında olduğu bildirildi.

 

MİNƏRLƏ YAŞAYIŞ YERİ MƏHV OLDU

 

Los-Anceles Yanğın Departamenti, 23 min dönümdən çox sahəyə yayılan və 5 min binanı məhv edən Palisades yanğınının 22 faizinin nəzarət altına alındığını açıqladı. 14 min dönümdən çox sahəni külə çevirən və 7 min binanı məhv edən Eaton yanğınının isə 55 faizinin söndürüldüyü qeyd edildi.

 

SANTA ANA KÜLƏKLƏRİ YOLDA!

 

Los-Anceles Milli Hava Proqnoz Mərkəzi, X sosial media hesabından ölkədə 10 gündür nəzarət altına alınmağa çalışılan meşə yanğınları ilə bağlı açıqlama verdi. Açıqlamada, yanğınla mübarizənin gələn həftə saatda təxminən 72 ilə 105 kilometr sürətlə əsəcəyi gözlənilən Santa Ana küləkləri səbəbindən çətinləşə biləcəyi ifadə edildi, amma keçən həftəki kimi mənfi şərtlərin təkrarlanmasının gözlənilmədiyi qeyd olundu.

 

GERİ DÖNÜŞ AYLAR SÜRƏ BİLƏR

 

Rəsmilər yanan xüsusi mülklərdə təhlükəli maddə yoxlanışı tamamlanana qədər bölgə sakinlərinin yanğın qalıqlarını çıxarmasını və ya təmizləməsini təhlükəsizlik səbəbindən qadağan etdi. Bəzi şəxslərin isə evlərinə dönməsinin aylarla çəkə biləcəyi bildirildi.

 

YENİ TAPŞIRIQ QRUPU YARADILIR

 

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA), meşə yanğınlarında zərər görən mülklərdən təhlükəli məişət tullantılarının çıxarılması üçün 500 nəfərlik heyəti təyin edərək təmizlik prosesi üçün təxminən 100 milyon dollar ayırdı. Rəsmilər, meşə yanğınları ilə bağlı cinayətlərlə mübarizə aparmaq üçün ABŞ Federal Təhqiqatlar Bürosu (FBI), Alkoqol, Tütün, Atəşli Silahlar və Partlayıcılar Bürosu (ATF) və yerli rəsmilərdən ibarət bir tapşırıq qrupu yaradıldığını açıqladı. Yeni yaradılan tapşırıq qrupunun, qəsdən yanğın törətmə, talançılıq, fırıldaqçılıq və qanunsuz pilotsuz uçuş aparatı (PUA) fəaliyyəti kimi cinayətlərə diqqət yetirəcəyi bildirildi.

 

Mənbə :Haberler.com

Aygün Babayeva