15 aylıq müharibə Qəzzanı necə məhv edib
Bölmə: Dünya › ,Tarix: 20:40 17.01.2025
Qətərdə İsrail və Həmas arasında 15 aylıq müharibəyə son qoymaq üçün atəşkəs razılaşması əldə olunub.
Münaqişə 2023-cü ilin oktyabrında Həmasın hücumu ilə başlayıb. Bu hücum nəticəsində 1,200 nəfər ölüb, 251 nəfər girov götürülüb. İsrailin hərbi əməliyyatları zamanı Qəzzada infrastruktur demək olar ki, tamamilə dağılıb, böyük humanitar fəlakət yaşanıb. Həmasın məlumatına görə, 46,000-dən çox fələstinli ölüb, 110,000-dən çox insan yaralanıb, onlardan 25%-i ömürlük zədə alıb. İnsan itkisi və yaralılar 7 oktyabr 2024-cü ilə qədər ölənlərin 59%-ni qadınlar, uşaqlar və yaşlılar təşkil edib. BMT-nin analizi bu rəqəmi 70%-ə qədər yüksəldir. Həmçinin, BMT 1,060-dan çox tibb işçisinin öldüyünü, səhiyyə sisteminin isə tam iflic vəziyyətində olduğunu bildirir.
İnfrastrukturun məhvi
Binalar: 60%-ə qədər bina tamamilə dağıdılıb.
Yollar: Yol şəbəkəsinin 68%-i yararsız vəziyyətdədir.
Xəstəxanalar: 50% xəstəxana bağlanıb, qalanları qismən fəaliyyət göstərir.
Təhsil: 49 məktəb binası vurulub, bir çoxu sığınacaq kimi istifadə olunurdu.
Su və kanalizasiya: Yüzlərlə obyekt zədələnib və ya məhv edilib.
BMT-nin hesablamalarına görə, Qəzzanın bərpası üçün 40 milyard dollar tələb olunur. Bu, yaxın illər üçün böyük bir çağırış olacaq.
Mənbə: BBC News
Aydan Quliyeva