Ukrayna ordusunun psixiatrı həbs edilib
Bölmə: Dünya › ,Tarix: 22:49 21.01.2025
Ukrayna ordusunun baş psixiatrını 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri toplanmış 1 milyon dollardan çox qazancla bağlı "qanunsuz varlanma" ittihamı ilə həbs edilib.
Ukrayna Təhlükəsizlik Xidməti açıqlamasında bildirib ki, həmin şəxs şəxslərin hərbi xidmətə yararlı olub-olmamasına qərar verən komissiyada oturub.
Açıqlamada deyilir ki, həmin şəxs həyat yoldaşı, qızı, oğulları və digər üçüncü şəxslərin adına rəsmiləşdirilən əmlakı bəyan etməyib.
İndi onu qeyri-qanuni varlanma və yalan bəyannamə vermək ittihamı ilə on il həbs cəzası gözləyir.
Druz 2017-ci ildə oxşar işə qarışıb və onun iki yolsuzluq avtomobili və bir neçə əmlakını bəyan etməməsi onun fəaliyyətinin dayandırılmasına səbəb olub.
Ukrayna uzun müddətdir ki, endemik korrupsiya ilə mübarizə aparır.
May ayında ukraynalı deputat 220 min funt-sterlinq pulu mənimsəməkdə ittiham olunurdu, 2023-cü ildə isə rüşvət almaqda və insanları ölkədən qaçaqmalçılıq yolu ilə çıxarmaqda ittiham olunan 30-dan çox çağırış məmuru korrupsiyaya qarşı mübarizə çərçivəsində işdən çıxarılıb.
Ötən il Ukrayna parlamenti bir neçə məmurun hərbi xidmətdən azad edilməsi müqabilində rüşvət almaqda ittiham edildikdən sonra hərbi həkim komissiyalarının ləğvinə səs verib.
Mənbə: BBC News
Nərmin Həşimova